Ərdoğan: "Burada nöqtə qoyacağımız mövzular Türkiyə-Rusiya əlaqələrində yeni səhifə açacaq"

Ərdoğan: \"Burada nöqtə qoyacağımız mövzular Türkiyə-Rusiya əlaqələrində yeni səhifə açacaq\"
SİYASƏT 05 Avqust 2022 17:03

Bizim müzakirə edib nöqtəsini qoyacağımız mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

O qeyd edib ki, Suriya ilə bağlı müzakirə edəcəkləri mövzular isə region üçün böyük əhəmiyyət kəsb edəcək.

Ərdoğan, həmçinin, energetika sahəsində əməkdaşlığın da müzakirə olunacağını əlavə edib. (APA)