Fransa Rusiya vətəndaşlarının 1,2 milyardını blokladı

Fransa Rusiya vətəndaşlarının 1,2 milyardını blokladı
Dünya 01 Avqust 2022 21:42

Fransa hakimiyyəti Rusiya vətəndaşlarına məxsus 1,2 milyard avroya yaxın vəsaiti bloklayıb.

Sitat.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin kəşfiyyat şöbəsinin rəhbəri Qiyom Valett-Vala məlumat verib.

Onun sözlərinə görə, bu cür tədbirlər Avropa Birliyinin qərarına uyğun olaraq həyata keçirilir.