Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradıldı

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradıldı
Gündəm 26 İyul 2022 16:25

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb.


Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb.

R.Qasımov bildirib ki, bununla da ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb.