Sərdar Cəlaloğludan sərt cavab: "Razi Nurullayev Ramiz Mehdiyevlə mandat alveri edəndə..."
Razi Nurullayev "TV Müsavat"ın canlı efirində bəzi müxalifət nümayəndələrinin adlarını çəkərək , onların Ramiz Mehdiyevi tənqid etmədiyini deyib.
Razı Nurullayevin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı SİTAT.İNFO- ya danışan Sərdar Cəlaloğlu Razi Nurullayevin bu ittihamlarını əsasız sayıb:
"Əvvəla, Razi dünənki uşaqdır. Razi Ramiz Mehdiyevlə mandat alveri edəndə, mən Sərdar Cəlaloğlu, onun əlehinə 500 səhifəlik kitab yazmışam. Həmin kitab hamıda var, tarixi də var. Bu kitab çap olunmamışdan qabaq, mən o kitabdakı fikirlərimi məqalələr şəkilində çap etdirmişəm. Əgər buna tənqid demirsinizsə, sizə sözüm yoxdur".
SİTAT.İNFO