Türkiyə və Rusiyanın müdafiə nazirləri İstanbulda görüşdü

Türkiyə və Rusiyanın müdafiə nazirləri İstanbulda görüşdü
SİYASƏT 22 İyul 2022 17:56

Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

SİTAT.İNFO xəbər verir ki, nazirlər qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Ukraynadakı durum barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, S.Şoyqu Ukraynadan taxıl daşınmasına dair Türkiyə və BMT ilə saziş imzalamaq üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.