Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq
Gündəm 18 İyul 2022 12:14

Bakının Nizami rayonunun bəzi ərazilərində bu gün içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb.

“Magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.