Sumqayıtda dənizdən meyit tapılıb

Sumqayıtda dənizdən meyit tapılıb
Gündəm 17 İyul 2022 15:10

15 iyul tarixində Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) axtarışları başa çatıb. 

Bu barədə “Sitat.info” FHN-ə istinadən xəbər verir.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.