İlon Mask ABŞ-dakı növbəti prezident seçkiləri barədə proqnoz verdi

İlon Mask ABŞ-dakı növbəti prezident seçkiləri barədə proqnoz verdi
SİYASƏT 13 İyul 2022 08:53

Florida qubernatoru və Respublikaçılar Partiyasının üzvü Ron Desantis 2024-cü il seçkilərində ABŞ-ın hazırkı prezidenti Co Baydeni asanlıqla məğlub edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Tesla”-nın baş direktoru İlon Mask öz “Twitter” səhifəsində yazıb.

“Əgər Desantis 2024-cü ildə Baydenə qarşı çıxsa, o, asanlıqla qalib gələcək – bunun üçün kampaniya aparmağa belə ehtiyac yoxdur”, – Mask yazıb.

Eyni zamanda milyarder ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə iştirakını mənfi qiymətləndirib.