"Barselona"nın futbolçusu həbs edilib

\"Barselona\"nın futbolçusu həbs edilib
İdman 11 İyul 2022 11:24

Polis “Barselona”nın futbolçusunu İbizada tətildə olarkən həddindən artıq içki qəbul etdiyi üçün həbs edib.

Sitat.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Dongcast” podkastına istinadən “Marca” nəşri məlumat yayıb.

Aparıcı futbolçunun adını çəkməsə də, bunun ötən mövsüm Kataloniya klubuna keçən hücumçu olduğuna eyham vurub. Futbolçunun iyunun 25-də həbs edildiyi qeyd olunub. O, cəriməni spirtli içki testindən keçə bilməyəndən sonra ödəyib.