Hidayət Heydərov olimpiya çempionuna qalib gələrək qızıl medal qazanıb

Hidayət Heydərov olimpiya çempionuna qalib gələrək qızıl medal qazanıb
İdman 09 İyul 2022 21:21

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.

Eyni çəki dərəsində mübarizə aparan Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.