Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyti tapılıb

Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyti tapılıb
KRİMİNAL 09 İyul 2022 13:10

Qazax rayonunda Kür çayında batan yeniyetmənin meyti aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 4 gün öncə Kür çayının Yuxarı Salahlı kəndindən keçən hissəsində çayda çimən zaman batan 16 yaşlı Eldar Quliyevin meyti tapılıb.

Faktla bağlı araşdırma aparılır.