Qadını avtobusdan itələyən sürücü işinə bərpa olundu – VİDEO

Qadını avtobusdan itələyən sürücü işinə bərpa olundu – VİDEO
Gündəm 05 İyul 2022 13:20

Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə bərpa edilib. 

Sitat.info xəbər verir ki, “ARB Xəbər”ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini bildirib:

“Sərnişin işıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbrli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın”, – deyə o əlavə edib.