Türkiyə Özbəkistanda baş verənlərə reaksiya verdi: Çavuşoğlu iş başında...

Türkiyə Özbəkistanda baş verənlərə reaksiya verdi: Çavuşoğlu iş başında...
SİYASƏT 04 İyul 2022 21:36

Türkiyə Özbəkistanda baş verən hadisələrə dərhal reaksiya verib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə özbəkistanlı həmkarı Vladimir Norov arasında telefon danışığı olub.

Sitat.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çavuşoğlu həmkarı ilə Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənləri müzakirə edib.

Türkiyəli nazir ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.