Səhiyyə naziri valideynlərə müraciət edib

Səhiyyə naziri valideynlərə müraciət edib
Gündəm 01 İyul 2022 12:59

"Uşaqlar arasında yayılan virus mövsümüdür".

Sitat.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: "Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".