Naxçıvandan Bakıya uçan təyyarə havaya qalxmadı - KAPİTANIN QƏRARI...

Naxçıvandan Bakıya uçan təyyarə havaya qalxmadı - KAPİTANIN QƏRARI...
Gündəm 24 İyun 2022 22:08

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.


Sitat.info AZAL-a istinadən xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır.

İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.