Əgər bunu etsək, yayda normal həyata qayıda bilərik

Əgər bunu etsək, yayda normal həyata qayıda bilərik
SOSİAL 10 Fevral 2022 11:31

"Yay aylarına qədər bütün lazımi tədbirləri görsək, peyvəndlənmə faizlərini artırsaq, daha normal həyata keçməyimiz mümkün olacaq".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan höküməti epidemioloji şəraiti nəzərə alaraq qərarlar verir: "Bəzi şəxslər pandemiyanın bitdiyini deyir, amma pandemiya bitməyib. Bu vaxta qədər olan pandemiyalar kimi bu da bitəcək. Lakin qoyulan tələblərə əməl etməklə bu, mümkündür" - deyib.