Hövsanda açıq ərazidə YANĞIN

Hövsanda açıq ərazidə YANĞIN
Gündəm 27 Avqust 2026 19:25

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

 

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.