Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
Gündəm 27 Avqust 2026 17:00
Hazırda ABŞ və İran arasında heç bir danışıq aparılmır.
 
Sitat.info APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt "Fox News”a açıqlamasında deyib.
 
"Hazırda heç bir dialoq yoxdur. Bu, Trampın iranlıların danışıqlar masasına ciddi şəkildə qayıda biləcəklərini hiss edəcəyi vaxta qədər davam edəcək. Biz hələ ki bunu görmürük”, - Ağ Evin sözçüsü bildirib.