RFO qalibləri yerləri tutdu - Keçid balı 697-yə qalxdı

RFO qalibləri yerləri tutdu - Keçid balı 697-yə qalxdı
Gündəm 24 Avqust 2026 20:12

ADA Universitetinin Komputer elmləri ixtisasına keçid balı 697 bal oldu.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

“Ona görə ki, RFO qalibləri ixtisasa tam yerləşdiriliblər. 1 yer qalıb, həmin yerə bu balla qəbul olub və avtomatik keçid balına çevrilib”, - deyə qeyd edilib.

Qeyd edək ki, DİM-in məlumatına görə, bu il ümumilikdə 520 abituriyent ADA Universitetinin tələbəsi adını qazanıb. Həmin şəxslər SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi universitetə qəbul olunublar.