İlham Əliyev Özbəkistana getdi - Video

İlham Əliyev Özbəkistana getdi - Video
SİYASƏT 23 Avqust 2026 13:17

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

Sitat.info xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və xanımı Ziroatxon Mirziyayeva qarşılayıblar.