Qardaş ölkədə helikopter qəzaya uğradı

Qardaş ölkədə helikopter qəzaya uğradı
Gündəm 22 Avqust 2026 15:34

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlikli elektrik xətləri üzərində işləyən helikopter qəzaya uğrayıb. 

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Məlumata görə, Deregözü kəndində baş verən helikopter qəzasının səbəbi və göyərtədəki insanların sayı məlum deyil.

Giresun valisi Mustafa Koç bölgəyə gedib.