ADY sürücü və piyadalara müraciət etdi

ADY sürücü və piyadalara müraciət etdi
Gündəm 21 Avqust 2026 16:36

Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.

Bu barədə Sitat.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.

“Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.

Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - məlumatda qeyd edilib.