Psixiatriya xəstəxanasında meyit tapıldı

Psixiatriya xəstəxanasında meyit tapıldı
Gündəm 21 Avqust 2026 16:24
Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
 
Hadisə bu gün baş verib. 
 
Tovuz rayon sakini 1995-ci il təvəllüdlü R.Qarayevin xəstəxanada meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 
 
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırmaya başlanılıb.
 
///qafqazinfo///