"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb

\"Sabah\"-\"Hapoel\" matçına 15 min bilet satılıb
Gündəm 21 Avqust 2026 16:12

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 min bilet satılıb.

Sitat.info xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.