Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi - FOTOLAR

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi - FOTOLAR
Gündəm 21 Avqust 2026 12:30

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

Bakupostun əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Hadisə ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

 

BakuPostBakuPostBakuPost