Kürdəxanıda yol kənarında tikinti materialları yanır
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.
Sitat.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.