İngiltərəli futbolçu "Liverpul"dan "İnter"ə keçir

İngiltərəli futbolçu \"Liverpul\"dan \"İnter\"ə keçir
Gündəm 19 Avqust 2026 18:00
İngiltərənin "Liverpul" klubunun futbolçusu Kortis Con İtaliya təmsilçisi "İnter"ə keçir.
 
Sitat.info xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 
Tərəflər 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. İngiltərəli oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
 
Xatırladaq ki, Kortis Con 6 dəfə İngiltərə millisinin formasını geyinib.