BƏƏ İrandan maliyyə və ticarət əlaqələrini dayandırdı

BƏƏ İrandan maliyyə və ticarət əlaqələrini dayandırdı
Gündəm 19 Avqust 2026 16:21

 Birləşmiş Ərəb Əmirlikləri İranla bütün ticarət, iqtisadi fəaliyyət və maliyyə əməliyyatlarının ikinci bir açıqlamaya qədər dayandırıldığını elan edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, qərarın detalları açıqlanmayıb.

BƏƏ Müdafiə Nazirliyi daha əvvəl İran ərazisindən ölkə istiqamətində iki ballistik raketin buraxıldığını bildirmişdi. Nazirliyin sonrakı açıqlamasına görə, raketlərin dəniz nəqliyyatını hədəf aldığı və dənizə düşdüyü müəyyən edilib.