Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü

Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Gündəm 18 Avqust 2026 18:40
Suriyada istilik elektrik stansiyasında partlayış baş verib.
 
SANA-nın xəbərinə görə, hadisə Aralıq dənizi sahilində yerləşən Banias şəhərində qeydə alınıb.
 
Hadisə nəticəsində 3 nəfər ölüb.
 
Partlayışın səbəbi məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.