28 yaşlı kişi hamamda öldü

28 yaşlı kişi hamamda öldü
Gündəm 18 Avqust 2026 18:24

Bakıda 28 yaşlı kişi hamamda ölüb.

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-si saat 1 radələrində paytaxtın Səbail rayonu ərazisindəki evlərdən birində baş verib.

Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Tarverdi Hüseyn oğlu Haxverdiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Ö.F.Nemanzadə küçəsindəki evin hamam otağında tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.