Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Gündəm 18 Avqust 2026 17:48
Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb.
 
Sitat.info xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.
 
Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib.
 
Onun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır