Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü

Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü
Gündəm 15 Avqust 2026 13:00

Tərtər rayonunda dəhşətli hadisə baş verib.

Sitat.info xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

///Qafqazinfo