32 yaşlı kişi həyətində ölü tapıldı

32 yaşlı kişi həyətində ölü tapıldı
Gündəm 14 Avqust 2026 19:00

Şamaxıda kişi həyətində ölü tapılıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini olan 32 yaşlı Vahid Firidun oğlu Əsgərovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.