Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb
Gündəm 14 Avqust 2026 18:23

Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb. 


Sitat.info "Report"a istinadən bildirir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan "Qızıl Qaya" kafesi tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.