Paşinyan Zelenski ilə danışdı

Paşinyan Zelenski ilə danışdı
Gündəm 12 Avqust 2026 20:00

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Sitat.info “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Ukrayna dövlət başçısı Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.

Həmçinin regional və qlobal proseslər ətrafında fikirlər mübadiləsi aparılıb, regionda sabit və davamlı sülhün bərqərar olunmasının vacibliyi xüsusi vurğulanıb.