Mingəçevirdə 21 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 21 yaşlı gənc suda boğuldu
Gündəm 12 Avqust 2026 18:46

Mingəçevirdə 21 yaşlı gənc suda çimərkən boğulub.

Sitat.info xəbər verir ki, hadisə Mingəçevir şəhər çimərliyində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu suda batıb.Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.