Messidən atası ilə bağlı paylaşım - Ronaldo şərh yazdı

Messidən atası ilə bağlı paylaşım - Ronaldo şərh yazdı
Gündəm 12 Avqust 2026 17:40

Argentina millisinin ulduzu Lionel Messi bir neçə gün öncə vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb. 

Messi fotonun üzərinə “te amo, pa” (sevirəm səni, ata) sözlərini yazıb. 

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb: “Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram”.

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib. 

Messidən atası ilə bağlı paylaşım - Ronaldo şərh yazdı