Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
Gündəm 11 Avqust 2026 16:11

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.

Bu barədə Sitat.info-ya  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.