Şimşək çaxır, yağış yağır

Şimşək çaxır, yağış yağır
Gündəm 11 Avqust 2026 12:21

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Sitat.info-ya  verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl, Naxçıvanda 1 mm-dir.

Avqustun 10-da bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 m/s-yə çatıb.