Şahbuzda qəza oldu, 76 yaşlı qadın öldü

Şahbuzda qəza oldu, 76 yaşlı qadın öldü
Gündəm 10 Avqust 2026 18:53

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Şahbuz-Batabat magistralında "VAZ 21013" markalı avtomobilin aşması nəticəsində Şahbuzun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.