Görüşləri 7 saat davam edib

Görüşləri 7 saat davam edib
Gündəm 10 Avqust 2026 17:50

İranın Ali Lideri Seyid Müctəba Xamenei ilə İran Prezidenti Məsud Pezeşkian arasında görüş təxminən 7 saat davam edib.

Sitat.info İran mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı M.Pezeşkian açıqlayıb. O, görüşün çox məhsuldar keçdiyini və əsasən müharibənin fəsadları, İrana qarşı tətbiq olunan sanksiyalar kimi mövzuların müzakirə olunduğunu bildirib. 

Görüşdən hər hansı fotoşəkil və ya videoyazı paylaşılmayıb. 

Xatırladaq ki, avqustun 9-da Məsud Pezeşkian vəzifəsinin üçüncü ilinin başlanması ilə əlaqədar Müctəba Xamenei ilə görüşüb.