Rusiya Zaporojyeyə zərbə endirib, 18 nəfər xəsarət alıb

Rusiya Zaporojyeyə zərbə endirib, 18 nəfər xəsarət alıb
Dünya 10 Avqust 2026 15:06

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib, nəticədə biri uşaq olmaqla 18 nəfər xəsarət alıb.

Bu barədə “RBC-Ukrayna” Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.