Yeni Klinikanın direktor müavini işdən çıxarıldı - FOTO

Yeni Klinikanın direktor müavini işdən çıxarıldı - FOTO
Gündəm 07 Avqust 2026 21:00

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.


Sitat.info Unikal-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.
 

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.
Yeni Klinikanın direktor müavini işdən çıxarıldı - FOTO