Rusiyada avtomobil piyadaların üzərinə sürdü

Rusiyada avtomobil piyadaların üzərinə sürdü
Gündəm 06 Avqust 2026 18:26

Rusiyanın Omsk şəhərində avtomobil bir qrup piyadanın üstünə sürülüb.

 

Bu barədə Omsk vilayətinin Prokurorluğu "Telegram”da məlumat yayıb.

 

İlkin məlumata görə, hadisə nəticəsində 7 piyada və avtomobilin sürücüsü xəsarət alıb.

 

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.