Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır

Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Gündəm 06 Avqust 2026 18:00

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə start verilir.

 

Sitat.info xəbər verir ki, vakansiya seçimi mərhələsi avqustun 8-i saat 11:00-dan başlayacaq və avqustun 10-u saat 11:00-dək davam edəcək.

 

Namizədlər bu müddət ərzində şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimini həyata keçirə biləcəklər.

 

Namizədlərə seçim zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

 

Qeyd edilib ki, vakant yer tutduqdan sonra həmin yerdən imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin edilməyəcək.