Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi

Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
Gündəm 05 Avqust 2026 17:00
Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
 
Sitat.info xəbər verir ki, təmir işləri başa çatanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində yerləşəcək.
 
Bildirilib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobuslar Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə hərəkət etdikdən sonra marşrut üzrə mövcud hərəkət sxeminə qoşulacaqlar.
 
Sərnişinlərdən dəyişiklikləri nəzərə almaları xahiş olunur.