Rusiya Azərbaycan vətədaşlarını ölkədən qovdu

Rusiya Azərbaycan vətədaşlarını ölkədən qovdu
Gündəm 05 Avqust 2026 11:42

Rusiya Federasiyası Udmurtiya Respublikasında 5 Azərbaycan vətəndaşı deportasiya olunub.

Sitat.info Axar.az-a istinadən  xəbər verir ki, bu barədə respublikanın Federal Məhkəmə İcraçıları Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşları meyvə-tərəvəz satışı ilə məşğul imişlər.

Onların icazəsiz fəaliyyət göstərdikləri bildirilib.