Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi
Gündəm 03 Avqust 2026 15:13
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib.
 
Onun lehinə 64 deputat səs verib.
 
Rubinyanın parlamentin spikeri postuna namizədliyini hakim "Vətəndaş müqaviləsi" partiyası irəli sürüb.
 
Qeyd edək ki, Rubinyan əvvəlki çağırış parlamentdə vitse-spiker vəzifəsini tuturdu.