Bu ərazidə su kəsiləcək

Bu ərazidə su kəsiləcək
Gündəm 03 Avqust 2026 14:00
Avqustun 3-də Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.
 
Bu barədə Sitat.info-ya Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, buna səbəb magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləridir.