Wildberries anbarında yanğın baş verib

Wildberries anbarında yanğın baş verib
Dünya 31 İyul 2026 09:24

Rusiyanın ən böyük elektron ticarət şirkəti olan Wildberries-in Rusiyanın cənubundakı Volqoqrad şəhərində yerləşən logistika obyektində hücumdan sonra yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Hücumdan sonra şirkətin Volqoqraddakı logistika obyektində yanğın baş verib. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. İlkin məlumata görə, xəsarət alan yoxdur", — deyə şirkətin açıqlamasında bildirilir.

Nigar,

Sitat.info